EN

BCG: Azərbaycanda enerji səmərəliliyi hesabına ildə 1 milyard kubmetr qaza qənaət etmək olar

Bakı, 2 iyun, AZƏRTAC

Azərbaycanda enerji səmərəliliyi tədbirlərinin genişləndirilməsi hesabına hər il təxminən 1 milyard kubmetr təbii qaza qənaət etmək mümkündür.

AZƏRTAC xəbər verir ki, bu sözləri “Boston Consulting Group”un idarəedici direktoru və tərəfdaşı Anton Kosaç Bakı Enerji Forumunda “Enerji səmərəliliyi və ESCO investisiya platforması: Qlobal ESCO təcrübəsinin Azərbaycanın iri enerji istehlakçıları ilə əlaqələndirilməsi” adlı sessiyada çıxışı zamanı deyib.

O bildirib ki, son illərdə Azərbaycanda enerji səmərəliliyi sahəsində qanunvericilik bazasının və siyasət çərçivəsinin formalaşdırılması istiqamətində mühüm addımlar atılıb.

“Bununla belə, bu sahədə mövcud potensialdan daha geniş istifadə imkanları qalır. Aparılan qiymətləndirmələrə əsasən, enerji səmərəliliyi tədbirləri nəticəsində ildə təxminən 1 milyard kubmetr təbii qazın istifadədən azad edilməsi və ya optimallaşdırılması mümkündür. Ölkədə enerji istehlakının böyük hissəsi bir neçə əsas sektorun payına düşür və enerji səmərəliliyi tədbirlərinin tətbiqi xüsusilə bu sahələrdə daha böyük nəticələr verə bilər. Əsas məsələ bu potensialın necə və hansı mexanizmlərlə reallaşdırılmasıdır”, – deyə Anton Kosaç vurğulayıb.

Foto - Səfiyar Məcnun
Operator - Mirrəsul Cəfərov
Chosen
31
azertag.az

1Sources