EN

Xaçmazda güclü külək irigövdəli ağacı yola aşırıb

Xaçmaz rayonunda güclü külək fəsad törədib.

APA-nın Şimal bürosunun məlumatına görə, hadisə rayonun Yergüc kəndi ərazisində qeydə alınıb.

Güclü küləyin təsiri nəticəsində irigövdəli ağac avtomobil yoluna aşıb. Nəticədə yolda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşıb. Sürücülər müvəqqəti olaraq alternativ yoldan istifadə etməli olublar.

Hazırda ərazidə yaranmış maneənin aradan qaldırılması istiqamətində tədbirlər görülür.

Xaçmazda Xaçmazda Xaçmazda
Chosen
34
apa.az

1Sources