EN

SOCAR: Bu il qaz ixrac etdiyimiz ölkələrin sayı artacaq

SOCAR:

Azərbaycan qazının ixrac coğrafiyasının genişləndirilməsi istiqamətində yeni addımlar atılır.

"APA-Economics" xəbər verir ki, bunu Bakı Enerji Forumunun “Qaz bazarları: İnfrastruktur, Strategiya və Geosiyasət” adlı sessiyasında SOCAR-ın vitse-prezidenti Vitali Baylarbayov deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycan 16 ölkəyə təbii qaz ixrac edir və bu rəqəm yaxın gələcəkdə artacaq.

“Hazırda 16 ölkəyə qaz tədarük edirik. Bu rəqəm artacaq. Bu il Bakıda imzalanmış yeni müqavilə ilə yanaşı, əlavə müqavilələr də olacaq və ixrac coğrafiyamız genişlənəcək”, – deyə Vitali Baylarbayov bildirib.

Onun sözlərinə görə, Azərbaycan hazırda nefti 37-dən çox ölkəyə ixrac edir, LNG ticarəti həyata keçirir və 2025-ci ilin sonundan etibarən elektrik enerjisi ixracına başlayıb.

Vitali Baylarbayov vurğulayıb ki, enerji mənbələrinin, marşrutların və bazarların şaxələndirilməsi enerji təhlükəsizliyinin əsas elementlərindən biridir.

Chosen
9
4
xalqcebhesi.az

5Sources