EN

“ExxonMobil”: Birgə fəaliyyətimiz Azərbaycanla ABŞ arasında etibarlı enerji tərəfdaşlığının daha da gücləndirilməsinə xidmət edir

Enerji sahəsindəki birgə fəaliyyətimiz, Azərbaycan ilə ABŞ arasında etibarlı enerji tərəfdaşlığının daha da gücləndirilməsinə xidmət edir.

“İki sahil” xəbər verir ki, bunu ABŞ-nin “ExxonMobil Corporation” şirkətinin qlobal kəşfiyyat üzrə vitse-prezidenti Con Ardil Bakı Enerji Forumu çərçivəsində keçirilən “Upstream – yeni perspektivlər” adlı sessiyada çıxışı zamanı deyib.

“Hazırda biz “Azəri-Çıraq-Günəşli” (AÇG) layihəsinin tammiqyaslı inkişaf planlaşdırılması mərhələsində iştirak edirik. Layihənin gələcək inkişaf perspektivləri üzərində fəal şəkildə işləyirik”, - deyə o qeyd edib.

Chosen
1
2
ikisahil.az

3Sources