EN

keçmiş deputat vəfat etdi - FOTO

Zərdab Peşə Liseyinin keçmiş direktoru və sabiq millət vəkili Əlihüseyn Əliyev vəfat edib.

 

Bu barədə sosial şəbəkədə məlumat yayılıb.

 

Bildirilib ki, onun 76 yaşı var idi.

 

Qeyd edək ki, Əlihüseyn Əliyev 1991-ci ilə qədər rayon partiya komitəsində təlimatçı, siyasi maarif kabinetinin müdiri və ideoloji şöbənin rəhbəri kimi fəaliyyət göstərib.

 

Mərhum iki çağırış üzrə Zərdab rayonunu təmsil edərək deputat mandatı qazanıb. Ə.Əliyev, həmçinin 2016-cı ilə qədər Zərdab Peşə Liseyinə rəhbərlik edib.

Tarix: 2 İyun 2026, 12:43   
Chosen
37
16
pravda.az

10Sources