Ərdoğan 10-cu dəfə baba oldu
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qızı Sümeyye və Selçuk Bayraktar cütlüyünün üçüncü övladı dünyaya gəlib.
Demokrat.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, cütlüyün bir qız övladının da doğulması ilə Ərdoğanın nəvələrinin sayı 10-a çatıb.
2016-cı ildə ailə quran Bayraktar cütlüyü Canan Aybüke və Asım Özdemirden sonra üçüncü övladlarını qucaqlarına almağın xoşbəxtliyini yaşayıb.