EN

Avropalılar ikiüzlüdür, Ukraynanı Aİ-yə tamhüquqlu üzv etməyəcəklər

Avropada Ukraynadan korrupsiyaya qarşı mübarizə sahəsində tələblərin yerinə yetirilməsi demək olar ki, əsas şərtlərdən biri kimi irəli sürülür. Lakin avropalılar bu məsələdə ikiüzlü davranırlar.

Publika.az xəbər verir ki, bunu Ukraynanın sabiq baş naziri Nikolay Azarov deyib.

Onun sözlərinə görə, avropalılar istənilən vaxt bu sahədə bütün proqramların həyata keçirildiyini bəyan edə bilərlər:

“Bununla belə, Ukrayna heç vaxt Avropa İttifaqının tamhüquqlu üzvünə çevrilməyəcək. Ona qərarların qəbulunda iştirak etməyə, vahid iqtisadi məkanın üstünlüklərindən yararlanmağa imkan verməyəcəklər”.

Nikolay Azarov həmçinin xatırladıb ki, Ukraynaya ayrılan 90 milyard avroluq kredit iki hissədən ibarətdir. Onun sözlərinə görə, bunun 60 milyard avrosu silahlanmaya, 30 milyard avrosu isə Ukraynadakı müxtəlif proqramların maliyyələşdirilməsinə yönəldilməlidir.

Chosen
17
publika.az

1Sources