EN

Cənubi Koreyanın “Hanwha” şirkətinin aerokosmik müəssisəsində partlayış olub: ölənlər var

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Pekin, 1 iyun, AZƏRTAC

Cənubi Koreyanın qabaqcıl müdafiə sənayesi şirkətlərindən olan “Hanwha”nın Decon şəhərindəki aerokosmik müəssisəsində partlayışda 4 nəfər ölüb, 2 nəfər yaralanıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Yonhap agentliyi məlumat yayıb. Partlayışdan sonra güclü yanğın yarandığı bildirilir. Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.

Cənubi Koreya Prezidenti Li Ce Myön hadisənin ətraflı araşdırılması barədə tapşırıq verib.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
36
2
azertag.az

3Sources