EN

Türkiyə Trampın Ankarada keçiriləcək NATO Zirvə Toplantısında iştirakını gözləyir

İyul ayında keçiriləcək sammitdə Yaponiya, Cənubi Koreya, Avstraliya və Yeni Zelandiya kimi Hind-Sakit Okean tərəfdaş ölkələrinin nümayəndələrinin də iştirakı gözlənilir.

ABŞ Prezidenti Donald Trampın səfərini də əhatə edəcək NATO zirvə toplantısına hazırlıqlar Türkiyədə davam edir. TRT Haber-in məlumatına görə, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan jurnalistlərə bildirib.

Hakan Fidan deyib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti ilə "dəfələrlə" danışıb və "bu söhbətlər zamanı o, heç vaxt sammitdə iştirak etməyəcəyini deməyib".

Fidan qeyd edib ki, "Hazırda Prezident Trampı qəbul etmək üçün bütün hazırlıqlarımız davam edir".

Xarici işlər naziri əlavə edib ki, Türkiyə həmçinin Yaponiya, Cənubi Koreya, Avstraliya və Yeni Zelandiya kimi Hind-Sakit okean regionundan tərəfdaş ölkələrin liderlərinin və müdafiə nazirlərinin iyul sammitində iştirak etməsini gözləyir. Fidan əlavə edib ki, Ankara proqramla bağlı NATO-nun baş katibi Mark Rutte ilə əməkdaşlıq edir.

Əvvəllər NATO-nun illik sammitlərini ləğv etməyi düşündüyü bildirilirdi. Bu, həm Donald Trampın təsiri, həm də Alyansın iş formatını optimallaşdırmaq üçün ortaq istəklə izah olunur.

Əziz MUSTAFA

Chosen
80
1
oxumeni.az

2Sources