EN

Arda ÇL-nin ən yaxşı gənc futbolçusu seçildi

2025/26 mövsümünün nəticələrinə əsasən Çempionlar Liqasının ən yaxşı gənc futbolçusu bəlli olub.

"Football-plus.az" xəbər verir ki, bu ada "Real"ın və Türkiyə millisinin yarımmüdafiəçisi Arda Gülər layiq görülüb. Futbolçu Çempionlar Liqasının geridə qalan mövsümündə Madrid təmsilçisinin heyətində ümumilikdə 14 matça çıxaraq 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Ümumilikdə "kral klubu"nun heyətində isə bütün turnirlər daxil olmaqla 51 oyunda meydana çıxıb, 6 qol və 14 məhsuldar ötürmə müəllifi olub.

Yarımmüdafiəçinin "Real"la hazırkı müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədi.

Chosen
43
2
football-plus.az

3Sources