Bildirilib ki, hazırkı epidemiya qətiyyətli və təcili reaksiya tələb edən ictimai səhiyyə fövqəladə vəziyyəti hesab olunur. Ölkənin Səhiyyə Nazirliyinin məlumatına əsasən, epidemiya Borno ştatının 36 rayonuna yayılıb. Episentr ştatın paytaxtı Mayduquridədir və yoluxma hallarının yarıdan çoxu burada qeydə alınıb.