EN

PSJ ardıcıl ikinci dəfə Çempionlar Liqasının qalibi oldu YENİLƏNİB

Unikal.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

UEFA Çempionlar Liqasının qalibi müəyyənləşib.

"Unikal" xəbər verir ki, həlledici görüşdə "Arsenal" ilə üz-üzə gələn PSJ qələbə qazanıb.

Macarıstanın paytaxtı Budapeştdəki "Puşkaş Arena"da baş tutan matçın əsas və əlavə vaxtında qalib müəyyənləşməyib - 1:1.

Hesabı 6-cı dəqiqədə "topçular"ın heyətində Kay Haverst açıb. Matçın 65-ci dəqiqəsində Usman Dembele penalti zərbəsindən hesabı bərabərləşdirib.

Hər biri 15 dəqiqədən ibarət əlavə iki hissədə qalib müəyyənləşmədiyindən penaltilər seriyasına ehtiyac duyulub.

Burada daha dəqiq oynayan parislilər (4:3) ardıcıl ikinci dəfə qitənin ən nüfuzlu klub turnirinin qalibi olublar.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
34
5
unikal.az

6Sources