EN

Putin: Ermənistan üçün dəmir yolu yükdaşımalarının tarifləri artırılmalıdır

BAKI, 29 may. TELEQRAF

Rusiya prezidenti Vladimir Putin jurnalistlərə bildirib ki, Ermənistan Avrasiya İqtisadi Birliyindən (AİB) çıxacağı təqdirdə, Rusiya daxilində dəmir yolu yükdaşıma tarifləri artırılmalı olacaq.

Teleqraf xəbər verir ki, Putin Ermənistanın AİB-dən çıxması halında ölkələr arasında münasibətlərin necə dəyişəcəyini müzakirə edərkən bildirib ki, Ermənistan avtomobil daşıyıcıları üçün icazə sistemibərpa olunacaq, bu qaçılmazdır: "Bu, ayrıca, çox mürəkkəb bir əməkdaşlıq sahəsidir. Əlbəttə ki, dəmir yolu yük daşımalarının tariflərini MDB ölkələri səviyyəsinə qaldırmalıyıq".

Chosen
50
1
teleqraf.com

2Sources