ain.az bildirir, Idman.biz portalına istinadən.
Futbol üzrə Azərbaycan milli komandası Bakıda hazırlığın ardından Avstriyada təlim-məşq toplanışını davam etdirəcək.
İdman.Biz xəbər verir ki, millimiz 28-30 mayda Bakıda, 1-10 iyunda isə Avstriyanın Bad-Valtersdorf şəhərində hazırlıq keçəcək.
Azərbaycan yığması Avstriya toplanışı çərçivəsində iki yoldaşlıq oyununda qüvvəsini sınayacaq. Komandamız 5 iyunda Malta, 9 iyunda isə San Marino millisi ilə qarşılaşacaq.
Qarşılaşmalar Macarıstanın Sombatxey şəhərində yerləşən “Haladaş” Futbol Klubunun meydançasında keçiriləcək. Hər iki görüşün Bakı vaxtı ilə saat 22:00-da başlanması planlaşdırılır.
Qeyd edək ki, millimizin Bakıdakı təlim-məşq toplanışı çərçivəsində ötən gün məşqi baş tutub.
İdman.Biz

















Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.