Böyük Britaniyada məhkəməyə aparılan məhbus mühafizəçilərin əlindən qaçmağa müvəffəq olsa da, hadisə faciə ilə nəticələnib.
Publika.az xəbər verir ki, bu barədə "Standard" qəzeti polisə istinadla məlumt yayıb.
Bildirilib ki, həmin şəxs qaçarkən dəmir yolu xəttinə düşüb və qatarın altında qalıb.
Hadisə mayın 28-i səhər saatlarında baş verib. Məhbus daşınma zamanı avtomobil yolun kənarında dayandığı vaxt mühafizəçilərdən qaçmağa cəhd edib. Qaçış zamanı iki mühafizəçi xəsarət alıb. Axtarışlara başlayan polis əməkdaşları qısa müddət sonra onu yaxınlıqdakı dəmir yolu stansiyasında aşkar ediblər.