Məsələ Ermənistandakı son proseslər, xüsusən də Marco Rubionun səfəri və ABŞ-nin bu ölkədə möhkəmlənməsidir.
Azərbaycanın ən kiçik addımını "İsrailin barmağı" kimi qələmə verib hədə-qorxu gələn mollakratiya rejimi, indi burnunun ucunda ABŞ bayrağının dalğalanmasına sanki razıdır.
Reallıq budur ki, Ermənistan indi Qərbin Cənubi Qafqazdakı forpostuna, İranla həmsərhəd olan yeni hərbi-siyasi dayaq nöqtəsinə çevrilir. Amma Tehranın propaqanda maşını "boş vitesdə" işləyir.
Bəs bu sükutun səbəbi nədir? Cavab sadədir. İranın "qırmızı xətləri" yalnız Azərbaycana qarşı işləyir. İrəvanın ABŞ-nin hərbi təlimlərinə ev sahibliyi etməsi, Vaşinqtondan gələn emissarları yüksək səviyyədə qarşılaması Tehranı narahat etmir. Çünki onların məqsədi regionun təhlükəsizliyi deyil, yalnız Azərbaycanın güclənməsinin qarşısını almaqdır.
Ermənistan açıq şəkildə İranı aldadır və ya İran bu aldanışa könüllü şəkildə razı olur. ABŞ-İran qarşıdurmasının ən pik həddində belə, Ermənistanın Qərbə qucaq açması Tehranın ideoloji sütunlarını darmadağın edir. "Böyük şeytan" dedikləri Amerika artıq İranın sərhədindədir, həm də "bacı" dedikləri Ermənistanın əli ilə.
İranın bu iflas etmiş siyasəti bir daha sübut edir ki, bütün o "din qardaşlığı" və "regionun maraqları" söhbətləri sadəcə görüntü idi. Ermənistanın ABŞ poliqonuna çevrilməsinə susanlar, əslində öz strateji məğlubiyyətlərini imzalayırlar. Budur sizin reallığınız. Qonşuda Amerika ordusunun izini görməyəcək qədər gözünüz kor olubsa, deməli, hədəfiniz Ermənistanın müstəqilliyi yox, Azərbaycanın uğurlarına olan nifrətinizdir.
Tehran hələ də susur. Amma bu sükut artıq razılıq deyil, acizlik əlamətidir. Ermənistan isə Qərbə satılmaqla həm də İranın bölgədəki illüziyalarını dəfn edir.
Kənan
Demokrat.az
10Sources
-
publika.azPaşinyan Ərdoğanla niyə indi danışdı? ( 29153221)
-
azxeber.comPaşinyan hakimiyyəti itirsə, sülh prosesinin taleyi necə olacaq? Detallar ( 29146642)
-
publika.azPutin AİB silahını niyə indi işə saldı? - Ermənistana seçim tələbinin hədəfləri ( 29100277)
-
sherg.azPaşinyan iki stolda oturmaq siyasətinin qurbanına çevrilir TƏHLİL ( 29065804)
-
musavat.comKremldən İrəvana göndərilən təhdidkar "gizli məktub"un şifrələri: Trampın Paşinyana dəstəyi Rusiyanı niyə qəzəbləndirdi ( 29045074)
-
konkret.az“Tramp Yolu” Azərbaycana bunları verəcək ŞAD XƏBƏR KONKRET ( 29042530)
-
azpolitika.infoVaşinqton Paşinyana konkret “ev tapşırığı” verdi” Tofiq Zülfüqarov ( 29042467)
-
icma.azVaşinqtondan İrəvana mesaj: Zəngəzur dəhlizi ya Paşinyanla, ya da onsuz açılacaq ( 29039836)
-
turkustan.azVaşinqtondan İrəvana mesaj: Zəngəzur dəhlizi ya Paşinyanla, ya da onsuz açılacaq ( 29039707)
-
publika.azVaşinqtondan İrəvana mesaj: Zəngəzur dəhlizi ya Paşinyanla, ya da onsuz… ( 29038729)