EN

Səməd Vurğunun “Pobeda”sı tapıldı — “Ağlıma gəlməzdi ki...”

Xalq şairi Səməd Vurğunun 1975-ci ildən qarajda istifadəyə yararsız halda saxlanılan avtomobili illər sonra bərpa edilərək Bakıya gətirilib.

Demokrat.az
İTV-yə istinadla xəbər verir ki, avtomobil Səməd Vurğunun 120 illik yubileyinə həsr olunaraq bərpa edilib.

Qazaxlı professor İlham Pirməmmədov bildirib ki, bu məsələni Səməd Vurğunun gəlini Nüşabə xanım qaldırıb: Sezar pizza

"Ağlıma gəlməzdi ki, Səməd Vurğunun 1950-ci ildə aldığı və sadəcə 5 il istifadə edə bildiyi bu maşında mən otura bilərəm. Bu, həyatımda yaddan çıxmayan günlərdən biri olacaq. Bir neçə il bundan əvvəl Səməd Vurğunun gəlini, Vaqif Səmədoğlunun arvadı Nüşabə xanım məsələ qaldırdı ki, vaxtilə Xalq şairinin "Pobeda" maşını olub və onu Gürcüstanda qoyub. Bundan sonra Gürcüstandakı səfirimiz Faiq Quliyev proseslərə qoşulub.

Səməd Vurğun 1955-ci ildə Gürcüstanda olarkən xəstəliyini hiss etdiyi üçün maşınını xalası oğluna bağışlayıb. Şairin vəfatından sonra isə bu fakt uzun illər diqqətdən kənarda qalıb. Maşının texniki pasportunda da Səməd Vurğunun adı yazılıb".

Chosen
54
15
demokrat.az

10Sources