Növbəti mövsüm II Liqada çıxış etmək üçün pley-off görüşünün vaxtı və yeri bəllidir.
Fanat.Az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, "Biləsüvar" və "Ağstafa Gəncləri" arasında baş tutacaq qarşılaşma mayın 29-da 16:00-da Yevlax şəhər stadionunda olacaq.
“CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq görüşdə VAR sistemi tətbiq ediləcək.
Oyun Peşəkar Futbol Liqasının və klubların birgə təşkilatçılığı ilə həyata keçiriləcək.