EN

"Şəfa" baş məşqçisi ilə yolları ayırıb - Klubdan açıqlama

style='margin-bottom:10px;'>

"Şəfa" baş məşqçisi Elgiz Kərəmli ilə yolları ayırıb.

Bu barədə QOL.az-a klubun yeni vitse-prezdienti Əfran İsmayılov məlumat verib.

O, yeni mövsümdən Premyer Liqada çıxış edəcək komandaya daha təcrübəli çalışdırıcı lazım olduğunu deyib:

"Elgizlə halalaşıb yolları ayırmışıq. Mən ona təklif irəli sürdüm ki, yeni gələn baş məşqçi ilə köməkçi kimi çalışa bilərsən. Elgiz çox xarakterli, mədəni insandır. Amma siz də bilirsiniz ki, Premyer Liqa elə bir çempionatdır ki, orda səviyyə çox fərqlidir. Ona görə Elgiz Kərəmliyə bildirdim ki, bir az təcrübə toplamalısan. O təcrübə də hansısa məşqçinin yanında ola bilər. Amma bildirdi ki, mənim ambitsiyam böyükdür, artıq baş məşqçi kimi davam etmək istəyirəm. Mən də dedim ki, daha təcrübəli məşqçi axtrarırıq. Sağ olsun ki, anlayışla qarşıladı".

Qeyd edək ki, "Şəfa" Elgiz Kərəmlinin baş məşqçisi ilə başa çatan mövsümdə 1-ci liqanın qalibi olub və Premyer Liqaya yüksəlib.

Chosen
4
2
teleqraf.com

10Sources