Demokrat.az xəbər verir ki, məktubda deyilir:
"Hörmətli cənab Prezident.
Azərbaycan Respublikasının milli bayramı münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram.
Azərbaycan ilə Avstriya arasında əla ikitərəfli münasibətlər mövcuddur. Azərbaycan və Ermənistan arasında hər iki ölkənin xalqlarının qarşılıqlı rifahı naminə davamlı sülh və təhlükəsizlik perspektivləri reallaşmağa yaxınlaşdıqca gələcək əməkdaşlıq imkanları artmaqda davam edəcək.
Çoxtərəfli kontekstdə, icazə verin, 2027-2028-ci illərdə BMT Təhlükəsizlik Şurasına üzvlük üçün Avstriyanın namizədliyinin Azərbaycan tərəfindən dəstəklənməsinə görə minnətdarlığımı bildirim.
Fürsətdən istifadə edərək, Sizə və ailənizə rifah diləyir, həmçinin Azərbaycan xalqının dinc və xoşbəxt gələcəyi ilə bağlı ən xoş arzularımı çatdırıram".
Demokrat.az
10Sources
-
yeniazerbaycan.comAvstriya Prezidenti Azərbaycan liderinə təbrik ünvanlayıb ( 28993501)
-
azerbaijan-news.azAvstriya Respublikasının Federal Prezidenti Aleksander Van der Bellendən ( 28993306)
-
poliqon.infoAvstriya Prezidenti Azərbaycan liderinə təbrik ünvanlayıb ( 28992112)
-
demokrat.azAvstriya Prezidenti Azərbaycan liderinə təbrik ünvanlayıb ( 28992073)
-
pravda.azAvstriya Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb ( 28991317)
-
apa.azAvstriya Prezidenti Azərbaycan liderinə təbrik ünvanlayıb ( 28991140)
-
publika.azAvstriya Prezidenti İlham Əliyevi təbrik etdi ( 28989964)
-
turkic.worldAleksander Van der Bellen Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb ( 28989922)
-
far.azAvstriya Prezidenti İlham Əliyevi təbrik edib ( 28989868)
-
manset.azAvstriya Prezidenti İlham Əliyevi təbrik etdi ( 28989496)