EN

Oman sahillərində tankerə hücum olub

Oman sahillərində tankerə hücum olub, zədələnmə nəticəsində yanacağın bir hissəsi dənizə sızıb.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın Hərbi Dəniz Qüvvələri yanında Dəniz Ticarət Gəmiçiliyi Əlaqələndirmə Mərkəzi (UKMTO) məlumat yayıb.

"UKMTO-ya Omanın, Muskat şəhərində 60 dəniz mili şərqdə baş vermiş insidentlə bağlı məlumat daxil olub. Tankerin kapitanı xəbər verib ki, su sərhədi yaxınlığında gəminin sol bortunun arxa hissəsində xaricdən partlayış baş verib",-deyə məlumatda qeyd olunur.

Ekipaj üzvlərinin və gəminin hazırda təhlükəsizlikdə olduğu bildirilsə də, bunker yanacağın bir hissəsinin dənizə axdığı qeyd olunur.

İnsidentlə bağlı araşdırma aparılır.

Chosen
28
day.az

1Sources