EN

“Neftçi”də ayrılıqlar, Toral Türkiyədə, Mahir keçmiş klubuna doğru KİM HARA GEDİR?

ain.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

Azərbaycan futbolunda yay transfer pəncərəsi olduqca hərəkətli başlayıb. Həm daxili çempionatda, həm də legioner həyatı yaşayan futbolçularımızın karyerasında dəyişikliklər gözlənilir.

“Neftçi”də ayrılıqlar: Abubakar və digərləri getdi 

"AzPolitika" xəbər verir ki, paytaxt təmsilçisi “Neftçi” rəsmi məlumat yayaraq müqavilə müddəti başa çatan 3 futbolçu ilə yolları ayırdığını elan edib. 2025-ci ilin oktyabrından bu yana meydana çıxdığı 18 matçda 9 qol vuran və ortalama məhsuldarlığı ilə diqqət çəkən Vensan Abubakar, 44 oyunda forma geyinmiş Edvin Kuç və cəmi 7 matçda şans qazanan Kristian Kostinlə yeni müqavilə imzalanmayıb.

Xüsusilə Abubakara Türkiyədən ciddi maraq var. “Africafoot”un yazdığına görə, əvvəllər “Beşiktaş” və “Hatayspor”da oynamış kamerunlu hücumçu ilə Türkiyə 1-ci Liqasına vəsiqə qazanmış köklü “Bursaspor” klubu yaxından maraqlanır.

“Neftçi”nin gənc yetirməsi Kipr yolunda 

“Ağ-qaralar”ın akademiyasından yetişən 20 yaşlı hücumçu Murad Məmmədov da komandanı tərk edib. 2024/25 mövsümündən əsas komandada 41 oyuna çıxıb 4 qol vuran U-21 millimizin üzvü karyerasını Kiprin “Pafos” klubunda davam etdirəcək.

“Qarabağ”ın ulduzu Türkiyəyə transfer olundu 

Digər bir böyük gediş isə Ağdam təmsilçisində yaşanıb. “Qarabağ”ın heyətində 5 qat ölkə çempionu və 2 dəfə kubok qalibi olan, 254 oyunda 37 qola imza atan Toral Bayramov rəsmən Türkiyə Birinci liqa təmsilçisi “Bursaspor”a keçib. Klubun mətbuat xidmətinin yaydığı məlumata görə, 25 yaşlı futbolçunun özünün xaricdə oynamaq istəyi və Türkiyə klubunun təkidli təklifi bu keçidin baş tutmasında əsas rol oynayıb. Bəziləri Toralı bu keçidinə görə qınasalar da, Türkiyənin 1-ci liqasının Premyer Liqadan daha maraqlı hesab edənlər də az deyil.

Mahir Emreli üçün iki variant: Kipr, yoxsa yenidən Polşa? 

Almaniyanın “Kayzerslautern” klubunda uğursuz mövsüm keçirən (13 oyunda 2 qol) millimizin hücumçusu Mahir Emreli də klubunu dəyişməyə hazırlaşır. Hazırda 28 yaşlı forvard üçün iki real iddiaçı var. Kipr mətbuatının yazdığına görə, adanın APOEL klubu Mahirin hücum xəttinə böyük fayda verəcəyinə inanır və rəhbərlik bu transferdə israrlıdır.

Lakin bu yeganə variant deyil. Digər xəbərlərə görə, Emrelinin yenidən Polşaya qayıtmaq ehtimalı yaranıb. Təcrübəli oyunçunun əvvəlki formasını bərpa etmək üçün sabiq komandası "Legiya" (Varşava) ilə apardığı danışıqların müsbət istiqamətdə irəlilədiyi və Mahirin özünün də bu qayıdışa isti yanaşdığı bildirilir.

"AzPolitika.info"

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
23
azpolitika.info

1Sources