EN

"Şəfa"nın yeni baş məşqçisi müəyyənləşdi

Bu mövsüm Birinci Liqanın çempionu kimi Premyer Liqaya vəsiqə qazanan “Şəfa” klubunda baş məşqçi dəyişikliyi olacaq.

Demokrat.az Bizim.Media-ya istinadən xəbər verir ki, paytaxt klubunun rəhbərliyi növbəti mövsümdə hazırkı çalışdırıcı Elgiz Kərəmli ilə çalışmaq niyyətində deyil.

Ona görə də klub təcrübəli Zaur Həşimovla anlaşıb. Tərəflər arasında artıq ilkin razılıq əldə olunub və yaxın günlərdə təyinatın rəsmiləşəcəyi gözlənilir.

Qeyd edək ki, Zaur Həşimov hal-hazırda “Zirə” futbol akademiyasının koordinatoru vəzifəsində çalışır. O, karyerası ərzində yalnız “Zirə” klubunda baş məşqçi kimi fəaliyyət göstərib.

Demokrat.az
Chosen
23
50
demokrat.az

10Sources