EN

Sabah dan Mikelsə dodaquçuqladan təklif! bu dəfə yox deyə bilməyəcək

Footbal-plus portalından alınan məlumata görə, ain.az xəbər verir.

"Sabah" əsas ulduzu Coy- Lens Mikelsi heyətində saxlamağı planlaşdırır."Football-plus.az"ın əldə etdiyi məlumata görə, "bayquşlar" hücumçuya yeni müqavilə təklif edib. Şərtlərə əsasən, o, karyerasını Masazır təmsilçisində davam etdirsə, maaşı ikiqat artacaq.İş ondadı ki, Mikels hələ bu təklifə müsbət cavab verməyib. O, başqa ölkələrdən gələn dəvətlər barədə düşünmək üçün klubdan vaxt istəyib.Xatırladaq ki, ruandalı/almaniyalı 2021-23 aralığında da "bayquşlar"ın formasını geyib. Birillik Səudiyyə Ərəbistanı səyahətinin ardından 2024-də "Sabah"a qayıdan hücumçu son mövsümdə 25 premyer-liqa matçında 19 qol, 7 məhsuldar ötürməyə, 5 ölkə kuboku qarşılaşmasında 3 qol, 2 məhsuldar ötürməyə imza atıb. Mövsümün bombardiri olub.KƏNAN BAHADIR

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
1
2
icma.az

3Sources