EN

Parlament və hökumət arasında əməkdaşlıq güclənir Sahibə Qafarova

ain.az, Redaktor.az portalına istinadən məlumat yayır.

"Hesabat sessiyasında dövlət orqanlarının fəaliyyəti barədə danışarkən, mən hər zaman olduğu kimi, parlamentlə hökumət arasında konstruktiv əməkdaşlığı xüsusi vurğulamaq istərdim. Sessiya ərzində müxtəlif hökumət qurumlarının, o cümlədən nazirliklərin və dövlət komitələrinin nümayəndələri mütəmadi olaraq Milli Məclisin komitələrinin iclaslarına dəvət olunmuş, qanun layihələrinin müzakirəsi zamanı onların rəyləri dinlənilib. Bununla yanaşı, deputatların bir sıra təklif və mülahizələri icra orqanları tərəfindən nəzərə alınıb".

Redaktor.az xəbər verir ki, bu barədə Milli Məclisin spikeri Sahibə Qafarova yaz sessiyasında görülən işlərdən danışarkən bildirdi.

"Milli Məclisdə bir konfrans keçirildi. Regionallıq məsələləri komitəsinin təşkil etdiyi həmin tədbirdə Azərbaycanda regionların inkişafı, yeni demokratik proseslər və özünüidarəetmənin inkişafında Heydər Əliyev irsi mövzusunda fikir mübadiləsi aparıldı. Sessiya dövründə ictimai əhəmiyyət daşıyan məsələlərin müzakirəsi və qanun layihələrinin keyfiyyətinin daha da yüksəldilməsi məqsədilə ictimai dinləmələr praktikası davam etdirildi. Bu çərçivədə dörd ictimai dinləmə keçirildi. Əmək və sosial siyasət komitəsi Azərbaycanda turizmin mövcud vəziyyəti və inkişaf perspektivləri mövzusunda, Ailə, qadın və uşaq məsələləri komitəsi isə qanunvericilikdə gender bərabərliyi: nailiyyətlər və perspektivlər mövzusunda ictimai dinləmələr təşkil etdi.

Aqrar siyasət komitəsinin keçirdiyi ictimai dinləmə kənd təsərrüfatında süni intellektin tətbiqi: nəticələr və perspektivlər mövzusuna, Elm və təhsil komitəsinin təşkil etdiyi ictimai dinləmə isə incəsənət məktəblərinin mövcud vəziyyəti və inkişaf perspektivlərinə həsr edildi. Milli Məclisin Gənclər və idman komitəsi isə 5 May Bədən tərbiyəsi və idman günü ilə bağlı tədbir keçirdi.

Hörmətli deputatlar, Milli Məclis bəzi xarici dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanın suverenliyinə qarşı yönələn hərəkətlərə kəskin münasibət bildirdi. Parlamentin səlahiyyət dairəsinə daxil olan bir sıra təyinat məsələləri də həll olundu", - deyə sədr əlavə etdi.

NURİYYƏ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
1
1
redaktor.az

2Sources