EN

La Liqada mövsümün ən yaxşı gənc futbolçusu adına namizədlər açıqlanıb

Bakı, 26 may, AZƏRTAC

İspaniya La Liqasında 2025/2026-cı illər mövsümünün ən yaxşı gənc futbolçusu adına namizədlərin siyahısı açıqlanıb.

AZƏRTAC xəbər verir ki, namizədlər sırasında Fermin Lopes (“Barselona”), Karlos Espi (“Levante”), Alberto Moleyro (“Vilyarreal”), Arda Güler (“Real Madrid”) və Viktor Munyos Vilyanueva (“Osasuna”) yer alıblar.

Fermin Lopes cari mövsümdə 30 oyunda 6 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb. Karlos Espi 25 qarşılaşmada 11 dəfə fərqlənib. Alberto Moleyro 37 matçda 10 qol vurub və 5 assist edib. Arda Gülər 33 oyunda 4 qol və 9 assist müəllifi olub. Viktor Munyos Vilyanueva isə 34 matçda 7 qol və 2 məhsuldar ötürmə ilə komandasına kömək edib.

Chosen
29
2
azertag.az

3Sources