EN

Gələn ildən buraxılış imtahanlarında yeni tələb

2027-ci ildən etibarən ümumi orta və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanlarında xarici dil üzrə şagirdlərdən minimum 100 sözdən ibarət kiçik həcmli mətn – paraqraf yazmaları tələb olunacaq.

KONKRET.az xəbər verir ki, bu, DİM-in yaydığı məlumatda əksini tapıb.

Qeyd edək ki, bu barədə Dövlət İmtahan Mərkəzində tam orta təhsil səviyyəsində xarici dil fənləri üzrə təkmilləşdirilmiş imtahan modelinin növbəti təqdimatında vurğulanıb.

Chosen
2
19
konkret.az

10Sources