İranda baş verən avtomobil qəzasında həlak olan Azərbaycanın Təbrizdəki konsulu Ramil İmranov dəfn edilib.
Â
"Report"un məlumatına görə, R.İmranovun nəşi Alxasava kənd qəbiristanlığında torpağa tapşırılıb.
Â
**14:09
Â
Göyçay rayonunun Alxasava kəndində mayın 23-də İranda avtomobil qəzasında həlak olan Azərbaycanın Təbrizdəki konsulu Ramil İmranovla vida mərasimi keçirilib.
Â
"Report"un məlumatına görə, vida mərasimində xarici işlər nazirinin müavini Samir Şərifov, rayon rəsmiləri, Xarici İşlər Nazirliyinin (XİN) əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Â
Qeyd edək ki, R.İmranov iki gün əvvəl Culfa-Təbriz avtomagistralının Mərənd qəsəbəsi yaxınlığında xidməti fəaliyyətini həyata keçirərkən idarə etdiyi avtomobillə düşdüyü qəza nəticəsində həlak olub.



