EN

Fransada bağça və məktəblərdə uşaqlara qarşı kütləvi zorakılıq halları artıb

Fransada bağça və məktəblərdə uşaqlara qarşı kütləvi zorakılıq halları artıb

Fransa dövlət bağçaları və ibtidai məktəblərində çalışan tərbiyəçilərin uşaqlara qarşı qəddarlıq, cinsi zorakılıq və təcavüz törətmək şübhəsi ilə bağlı böyük bir skandalla üzləşib.

AFN.az xəbər verir ki, bu barədə "The Guardian" qəzeti məlumat yayıb. Paris prokurorluğunun verdiyi məlumata görə, polis nahar fasiləsi, günorta yuxusu və dərslərdən kənar məşğələlər zamanı uşaqlara nəzarət edən işçilər tərəfindən bəzilərinin cəmi 3 yaşı olan azyaşlılara qarşı törədilmiş 100-dən çox fiziki və cinsi zorakılıq şikayətini araşdırır.

Paris baş prokuroru Lor Bekkuo bildirib:

"Hazırda 84 uşaq bağçası, təxminən 20 ibtidai məktəb və 10-a yaxın dərsləkdən kənar qulluq mərkəzində araşdırmalar aparılır".

Vəkillərin sözlərinə görə, araşdırılan epizodlar arasında 3 və 4 yaşlı uşaqların təcavüzə məruz qalması halları var. Valideyn təşkilatları bu növ şikayətlərin illərdir ciddi qəbul edilmədiyini və kadr seçimi sistemindəki boşluqların zorakılığın davam etməsinə şərait yaratdığını vurğulayırlar.

Sözügedən nəzarətçi işçilər Təhsil Nazirliyinin ştatında deyillər, onlar yerli icra hakimiyyətləri tərəfindən çox vaxt xüsusi hazırlıq və təhsil olmadan, saathesabı ödənişlə işə götürülürlər. İddialar arasında uşaqların üzərinə qışqırmaq, saçını dartmaq, yeməkdən məhrum etmək, qusanadək məcburi yedizdirmək, həmçinin cinsi istismar yer alır.

Parisdə fəaliyyət göstərən bir nəzarətçinin əvvəlki şikayətlərə rəğmən başqa müəssisəyə keçirildiyi və orada da digər uşağa təcavüz etdiyi bildirilir. Gələn həftə və növbəti ay Parisdə azyaşlılara qarşı analoji cinayətlər törətmiş iki fərqli işçinin məhkəməsi keçiriləcək.

Chosen
67
afn.az

1Sources