EN

Dişləri ağardan yox, zədələyən üsullar

Olke.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Dişlərin ev şəraitində ağardılması üçün istifadə olunan iki məşhur üsul təhlükəli hesab edilib.

Ölkə.az “Terra” nəşrinə istinadla xəbər verir ki, stomatoloq Gilyerme Andrade Lima ev şəraitində diş ağartmaq üçün geniş istifadə olunan iki vasitənin - qida sodası və hidrogen peroksidin təhlükəli ola biləcəyini bildirib

Onun sözlərinə görə, qida sodasının dişləri ağartdığı ilə bağlı fikir qismən doğrudur. Belə ki, soda dişlərin üzərindəki səthi ləkələri və ərpi təmizləyə bilir. Lakin həkim xəbərdarlıq edib ki, bu vasitədən tez-tez istifadə edilməsi diş minasının nazilməsinə səbəb ola bilər.

Hidrogen peroksidə gəlincə isə, mütəxəssis bildirib ki, bu üsul peşəkar diş ağartma prosedurunu əvəz edə bilməz. Üstəlik, həmin maddənin istifadəsi ağız boşluğunun selikli qişasında problemlər yarada bilər.

“Tez nəticə əldə etmək istəyi sağlamlığı risk altına atmamalıdır”, - deyə o vurğulayıb.

Həmidə İbrahimova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
3
2
olke.az

3Sources