EN

Moskva Bakı ilə bağlı yeni mesaj verdi – müttəfiqlik davam edəcək

Rusiya və Azərbaycan arasında münasibətlərin gücləndirilməsi istiqamətində işlərin davam etdiriləcəyi bildirilib.

Musavat.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi nazir müavini Mixail Qaluzinlə Azərbaycanın Moskvadakı səfiri Rəhman Mustafayev arasında keçirilən görüşdən sonra məlumat yayıb.

Açıqlamada qeyd olunub ki, tərəflər müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsi istiqamətində əməkdaşlığı davam etdirməkdə qarşılıqlı maraqlı olduqlarını vurğulayıblar.

Rusiya XİN-in məlumatına görə, görüş zamanı Cənubi Qafqaz və Xəzər regionunda sülh, sabitlik və əməkdaşlığın gücləndirilməsi məsələləri də müzakirə olunub.

Musavat.com

Chosen
90
musavat.com

1Sources