EN

SEPAH: Son sutkada Hörmüz boğazından 32 gəmi keçib

BAKI, 26 may. TELEQRAF

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) məlumatına görə, son 24 saat ərzində İranın icazəsi ilə Hörmüz boğazından 32 gəmi keçib.

Teleqraf xəbər verir ki, bu barədə "Press TV" məlumat yayıb.

Mayın 24-də isə SEPAH-ın Hərbi Dəniz Qüvvələri 33 gəminin Hörmüz boğazından keçməsinə icazə vermişdi.

Chosen
57
1
teleqraf.com

2Sources