EN

“Şənbə günü Avropa çempionu olacağıq”

“Arsenal”ın baş məşqçisi Mikel Arteta komandasının gücünə inandığını bildirib.

90deqiqe.Az-ın məlumatına görə, ispan mütəxəssis “topçular”ın qarşıdakı Çempionlar Liqası finalında PSJ-ni məğlub edə biləcəyini düşünür.

“Şənbə günü Avropa çempionu olacağıq!”, – deyə Arteta “The Touchline”a istinadən bildirib.

Xatırladaq ki, “Arsenal” ötən həftə İngiltərə çempionu olub. London klubu Premyer Liqada 2004-cü ildən sonra ilk dəfə qızıl medalları qazanıb.

Çempionlar Liqasının final qarşılaşması şənbə günü, 30 may tarixində Budapeştdə keçiriləcək. Titul uğrunda mübarizə Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Chosen
27
90deqiqe.az

1Sources