Müəllif: Tamara Mustafayeva, Banco.az
Avropa Mərkəzi Bankından faiz dərəcəsinin artırılmasına dair siqnallar gəlir.
Banco.az xəbər verir ki, Avropa Mərkəzi Bankının (ECB) prezidenti Kristin Laqard bildirib ki, gələn ay keçiriləcək iclasda inflyasiya proqnozları yuxarı istiqamətdə yenilənəcək.
Bazar günü İtaliyanın “Che Tempo Che Fa” tok-şousunun qonağı olan Kristin Laqard deyib ki, mart ayında açıqlanan və bu il üçün 2,6 faizlik qiymət artımı nəzərdə tutan proqnoz “ehtimal ki, yenidən nəzərdən keçiriləcək”. O əlavə edib ki, həmin vaxtdan bəri vəziyyət dəyişib.
Laqard bu dəyişikliyin Avropa Mərkəzi Bankını 11 iyun tarixində faiz dərəcələrini artırmağa sövq edib-etməyəcəyi ilə bağlı ətraflı açıqlama verməkdən yayınıb. O bildirib: “Mövcud vəziyyət o qədər qeyri-müəyyəndir ki, əlimizdə olan bütün məlumatları təhlil etməli, iqtisadiyyatın qarşıdakı rüblərdə necə inkişaf edəcəyini qiymətləndirməli, addım atmağın zəruri olub-olmadığını və bunun orta müddətli perspektivdə hansı nəticələr doğuracağını nəzərdən keçirməliyik”.
Bizi sosial şəbəkələrdən izləyin!!