EN

“Sputnik Azərbaycan” yenidən fəaliyyətə başlaya bilər – Moskva hazırlığa keçdi

“Sputnik Azərbaycan”ın yaxın vaxtlarda fəaliyyətini bərpa edə biləcəyi bildirilir.

Musavat.com xəbər verir ki, hazırda media qurumunun yalnız Telegram kanalı işləyir və onun fəaliyyəti Moskvadakı mərkəzi ofisdən idarə olunur.

Məlumata görə, saytın yenidən açılması ilə bağlı müəyyən hazırlıq işləri aparılır. Bununla bağlı hələlik rəsmi açıqlama verilməyib.

Xatırladaq ki, “Sputnik Azərbaycan”ın Bakı redaksiyası ötən ilin iyun ayında bağlanmışdı. Azərbaycan hakimiyyəti bunu media sahəsində “asimmetriyanın aradan qaldırılması” ilə izah etmişdi. Rəsmi məlumata əsasən, Rusiyada Azərbaycan dövlət agentliyinin yalnız bir müxbiri fəaliyyət göstərdiyi halda, Bakıda “Sputnik”in təxminən 40 nəfərlik heyəti vardı.

Daha sonra redaksiyanın iki əməkdaşı dələduzluq, qanunsuz sahibkarlıq və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması ittihamları ilə saxlanılmışdı. Sonradan həmin şəxslərin Rusiyaya ekstradisiya edildiyi bildirilmişdi.

Musavat.com

Chosen
4
musavat.com

1Sources