EN

ADY: Bakı–Tbilisi–Bakı reysi üzrə 8400 biletdən 6 mini satılıb

BAKI, 25 may. TELEQRAF

Bakı–Tbilisi–Bakı marşrutu üzrə satışa çıxarılan 8400 biletdən 6 min ədədi satılıb.

Teleqraf xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev jurnalistlərə açıqlamasında deyib.

B.Hacıyev biletlərin qiymətlərinə də toxunaraq bildirib ki, “Azərbaycan Dəmir Yolları” gələcəkdə sərnişinlər üçün daha aşağı tariflərlə səyahət imkanlarının yaradılmasını araşdırır.

Chosen
20
teleqraf.com

1Sources