Azərbaycan və Serbiya hökumətləri arasında Serbiyada qaz turbin elektrik stansiyasının işlənməsi, layihələndirilməsi, tikintisi və idarə olunması haqqında Saziş təsdiq edilib.
Sonxeber.az President.az-a istinadən xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Fərman imzalayıb.
Məlumata görə, bu saziş bu il fevralın 15-də Belqrad şəhərində imzalanıb.