EN

İtaliya klubu köklü dəyişikliklər edir

style='margin-bottom:10px;'>

İtaliyanın "Milan" klubu baş məşqçi Massimiliano Alleqri ilə yollarını ayırmağa qərar verib.

QOL.az xəbər verir ki, "Calciomercato" nəşrinin məlumatına görə, uğursuz mövsümün ardınca komandada köklü dəyişikliklərin həyata keçirilməsi planlaşdırılır.

Başa çatan A Seriyası mövsümünün yekunlarına əsasən, 70 xal toplayaraq turnir cədvəlində 5-ci pillədə qərarlaşan klub Çempionlar Liqasına vəsiqə qazana bilməyib. 

Məlumata görə, klub rəhbərliyinin müşaviri Zlatan İbrahimoviç hələ çempionatın sonuncu turunda "Kalyari" ilə matçdan əvvəl klub rəhbərliyinə Alleqri ilə əməkdaşlığı dayandırmağı təklif edib. Məğlubiyyətdən sonra o, bu qərarında təkid edib və yekunda rəhbərlik onunla razılaşıb.

Gözlənilən islahatlar çərçivəsində idman direktoru İqli Tare və baş direktor Corcio Furlaninin də klubu tərk edəcəyi bildirilir. Həmçinin texniki direktor Ceffri Monkada ilə də müqavilənin müddəti uzadılmayacaq. Yeni idman və baş direktorların seçilməsi prosesinə İbrahimoviçin və "Milan"ın direktorlar şurasının üzvü Massimo Kalvellinin cavabdeh olacağı gözlənilir.

Chosen
21
1
teleqraf.com

2Sources