EN

Kiyevdə hərbi sənaye obyektlərinə hücum edəcəklər

ain.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

“Ukrayna ordusunun Luqansk Xalq Respublikasının Starobelsk şəhərinə endirdiyi zərbə son damla oldu”.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi açıqlayıb.

Bildirilib ki, buna cavab olaraq Rusiya Silahlı Qüvvələri Kiyevdə hərbi-sənaye obyektlərinə sistemli hücumlara başlayır.

Nazirliyin açıqlamasında qeyd olunub ki, zərbələr xüsusilə dronların hazırlanması, istehsalı və idarə olunması ilə bağlı obyektləri hədəf alacaq.

Xarici İşlər Nazirliyi Kiyevdə yaşayan xarici vətəndaşlara, diplomatik nümayəndəlik və beynəlxalq təşkilat əməkdaşlarına şəhəri tərk etməyi tövsiyə edib.

Qeyd edək ki, ötən gün Ukrayna ordusu Luqanskın Starobelsk şəhərində yerləşən peşə kollecinin yataqxanasına hücum etmişdi. Hadisə nəticəsində 18 nəfər həyatını itirmişdi.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
20
3
qafqazinfo.az

4Sources