EN

“Heç kəs mane ola bilməyəcək, seçkini keçirəcəyik” - Əli İsa Cabbarov

Xəbər verdiyimiz kimi, sabah Azərbaycan Kinomatoqrafçılar İttifaqına seçkilərin keçirilməsi nəzərdə tutulub. Buna baxmayaraq, bir çox kino xadimləri bu seçkilərə etiraz edərək nəzərdə tutulan seçkinin legitim olmadığını bildiriblər. 


Bununla bağlı Azərbaycan Kinomatoqrafçılar İttifaqının hazırda icra katibi vəzifəsində çalışan Əli İsa Cabbarov Manset.az-a özəl açıqlama verib. 

Ə.İ.Cabbarov açıqlamasında seçkinin legitimliyinin Ədliyyə nazirliyi tərəfindən təyin ediləcəyini bildirib: 

“Bəyanat "çiy" hazırlanıb. Konfransın keçirilməsinə mane olmaq məqsədi daşıyır, amma bu baş verməyəcək. Bütün həmkarlarımı konfransda iştiraka və istədikləri namizədə səs verməyə çağırıram”. 

Əlisa Cabbarov qeyd edib ki, konfransın gündəliyində İdarə Heyətinin hesabatının olmaması fikri səhvdir. Gündəliyi konfransın səsverməsi həll edəcək ki, orada hesabat, nizamnaməyə əlavələr də mövcuddur. 

Əməkdaşımızın “Bizdə olan məlumata görə, Hesablamalar Palatası İttifaqda yoxlamalara başlayıb. Bununla bağlı nə deyə bilərsiniz? Belə olan halda seçkinin keçirilməsi qanunidirmi?” sualını isə Əli İsa Cabbarov belə cavablandırıb: 

“Hesablamalar Palatası yoxlama aparmır, ilkin sənədlərlə tanışlıq edir. Yoxlama hələ başlamayıb. Palata bildirdi ki, bunun konfransa heç bir aidiyyatı yoxdur”. 

 

Fidan Vəlisoy

Chosen
16
manset.az

1Sources