EN

Hesablama Palatası Kino ittifaqını yoxlamağa başladı - Möhür katibdən alındı

Xəbər verdiyimiz kimi, sabah Azərbaycan Kinematoqrafçılar İttifaqında (AKİ) yeni sədr seçkiləri keçiriləcək. Azia.az bildirir ki, Manset.az-ın əldə etdiyi məlumata görə, bu günlərdə ittifaqda böyük qalmaqal yaranıb. Xalq artisti Rasim Balayev vəfat etdikdən sonra ittifaqın sədr vəzifəsini faktiki olaraq mənimsədiyi və ittifaqın möhürünü qanunsuz şəkildə saxladığı iddia edilən Əli İsa Cabbarov qanunsuz olaraq sədr olmaq istəyir. O, sabah dəvət edilmiş namizədlər arasına ittifaq üzvü olmayan şəxsləri cəlb edərək səs çoxluğuna nail olmaq və özünü qalib elan etmək niyyətindədir.

 

Azərbaycanın bir sıra tanınmış kino xadimləri buna etiraz edərək seçkinin tam qanuni və şəffaf keçirilməsini tələb ediblər. İttifaq sədrinin birinci müavini, Xalq artisti Şəfiqə Məmmədovanın isə özünü ittifaqın icraçı katibi adlandıran şəxs (Əli İsa Cabbarov) və ittifaqın digər üzvləri (havadarları) tərəfindən qeyri-legitim vəziyyətə salındığı bildirilir. Bu isə tamamilə qanuna ziddir. Bundan əlavə, ittifaqlar birləşdiyi zaman təxminən 260-a yaxın üzv var idi. Kinematoqrafçılar İttifaqının katibliyinin iclasları son iki il ərzində keçirilmədiyi, qəbul komissiyası formalaşdırılmadığı halda, necə ola bilər ki, üzvlərin sayı 460-a çatdırılıb? Açıq-aydın görünür ki, ittifaqın üzvlərinin sayı süni şəkildə artırılaraq seçkiyə gedilməsi və orada Əli İsa Cabbarovun xeyrinə səs toplanması niyyəti olub

 

Əldə etdiyimiz digər məlumata görə, baş verən proseslər fonunda hazırda Hesablama Palatasının İttifaqda yoxlamalara başladığı, zəruri sənədlərin və ittifaqın möhürünün Əli İsa Cabbarovdan geri alındığı bildirilir.


Chosen
1
4
azia.az

5Sources