Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Naxçıvan, 25 may, AZƏRTAC
Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Naxçıvan-Ordubad magistral avtomobil yolunda təmir işləri görülür.
Agentliyin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, yolların müəyyən hissələrində deformasiyaya uğramış köhnə asfalt-beton örtüyü xüsusi texnika vasitəsilə frezlənərək ərazidən kənarlaşdırılır.
Görülən təmir-bərpa işləri nəticəsində yolun hərəkət hissəsindəki mövcud problemlər tam aradan qaldırılır, nəqliyyat vasitələrinin maneəsiz və təhlükəsiz hərəkəti təmin edilir.
İşlərin tez bir zamanda yekunlaşdırılması üçün ərazilərə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub.
Müxbir- Nail Əsgərov




Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.