EN

​“Bu qırğına artıq son qoyun Kremldən bu çağrışı edən rejissora sərt cavab

Azpolitika.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Tanınmış rusiyalı kinorejissor Andrey Zvyagintsevin Kann Beynəlxalq Kino Festivalında mükafat aldıqdan sonra Ukraynadakı müharibəni dayandırmaqla bağlı Rusiya Prezidenti Vladimir Putinə etdiyi çağırış Kreml tərəfindən sərt qarşılanıb. 

"AzPolitika" xəbər verir ki, Kremlin mətbuat katibi Dmitri Peskov rejissorun bu müraciətini dövlət başçısına çatdırmayacağını bəyan edib.

Xatırıadaq ki, mayın 22-də Kannda yeni çəkdiyi "Minotavr" filminə görə festivalın ikinci ən mühüm mükafatı olan Qran-Pri-ni qazanan Zvyagintsev, səhnədən birbaşa Putinə müraciət etmişdi: "Təmas xəttinin hər iki tərəfindəki milyonlarla insan hazırda yalnız bir şey barədə xəyal qurur – saysız-hesabsız insan qətllərinin nəhayət dayandırılması. Bu qırğını dayandıra biləcək yeganə şəxs sizsiniz, cənab Rusiya Federasiyasının Prezidenti. Bu qırğına artıq son qoyun. Bütün dünya bunu gözləyir".

Rejissor eyni zamanda Putinin internetdən istifadə etmədiyini və Kann festivalının mərasimini çətin ki, canlı yayımda izlədiyini ehtimal etmişdi.

Bazar ertəsi məsələyə münasibət bildirən Dmitri Peskov isə Zvyagintsevin bu çağırışı etməyə "söz haqqı" olmadığını iddia edib. Peskov bunu rejissorun Ukrayna hakimiyyətinin addımlarına vaxtında reaksiya verməməsi ilə əsaslandırıb: "O, Kiyev rejiminin Donbasda törətdiyi qanlı qırğını heç vaxt qınamayıb. Müharibənin başladığı 2014-cü ildən etibarən əgər o, bunu etsəydi, yəqin ki, indi danışmağa söz haqqı olardı". 

Kreml rəsmisi həmçinin rejissorun mükafat qazanan "Minotavr" filminə baxmadığını da əlavə edib.

Zvyagintsevin bu çıxışı böyük rezonans doğurub. Çox sayda şərhçi rejissorun fikirlərini dəstəkləsə də, Rusiyanın müharibə tərəfdarı olan ("Z-blogerlər") hərbi blogerləri onu "satqınlıqda" ittiham ediblər. Ukraynayönümlü bəzi şərhçilər isə rejissoru Ukraynaya birbaşa dəstək nümayiş etdirmədiyi və Kiyevin mövqeyini açıq müdafiə etmədiyi üçün tənqid atəşinə tutublar.

Məlumat üçün bildirək ki, "Minotavr" filmi Zvyagintsevin son 10 ildə ərsəyə gətirdiyi ilk filmdir. Rejissor uzun müddət ağır xəstəlikdən əziyyət çəkib, xaricdə müalicə olunub və Rusiyanın 2022-ci ildə Ukraynaya hücumundan sonra ölkəsinə qayıtmayıb. Sözügedən ekran işi Rusiya hüdudlarından kənarda – əsasən Riqada, rus dilində çəkilib. Film Fransa, Almaniya və Latviyanın ortaq istehsalıdır.

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
15
azpolitika.info

1Sources