EN

Azərbaycanda maaşlar ayda iki dəfə verilə bilər – VACİB AÇIQLAMA

Bir çox müəssisələrdə əməkhaqqının ayda bir dəfə verilməsi artıq adi praktikaya çevrilib. Lakin son dövrlər bəzi şirkətlərdə maaşın iki hissəyə bölünərək ay ərzində iki dəfə ödənilməsi məsələsi gündəmə gəlir. Maraqlıdır, Azərbaycan qanunvericiliyində əməkhaqqının ayda iki dəfə verilməsinə icazə varmı?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin Hüquq Departamentinin müdiri, vəkil Fuad Məmmədov bildirib ki, əmək qanunvericiliyində bununla bağlı hər hansı qadağa nəzərdə tutulmayıb.

Barassociation.az

“İstər Əmək Məcəlləsində, istərsə də digər normativ hüquqi aktlarda əməkhaqqının mütləq şəkildə ayda bir dəfə və ya iki dəfə verilməsi ilə bağlı konkret məhdudiyyət müəyyən edilməyib. Yəni qanunvericilik bu məsələdə işəgötürən və işçi arasında razılaşma imkanını saxlayır”.

Vəkil qeyd edib ki, praktikada bəzi müəssisələr əməkhaqqını avans və əsas ödəniş formasında ay ərzində iki dəfə təqdim edir:

“Bu, xüsusilə özəl sektorda daha çox tətbiq olunur. İşəgötürən daxili qaydalara və əmək müqaviləsinin şərtlərinə uyğun olaraq maaşı ayda iki dəfə ödəyə bilər. Qanun buna mane olmur”.

Fuad Məmmədov əlavə edib ki, əsas məsələ əməkhaqqının gecikdirilmədən və əmək müqaviləsində nəzərdə tutulan qaydada işçiyə çatdırılmasıdır.

Aynurə İsmayıl
KONKRET.az

Chosen
15
1
konkret.az

2Sources