EN

Ekologiya işçilərinin peşə bayramı Göygöl rayonunda qeyd olunub

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti 

 

Bu münasibətlə Göygöl Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Namiq Cəfərov, 10 saylı (Göygöl) Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Ramin Lətifov, Göygöl Milli Parkının direktoru Yusif Kazımov, eləcə də aidiyyəti qurumların əməkdaşları Ümummilli Lider Heydər Əliyevin Göygöl şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər. Abidə önünə gül dəstələri düzülərək Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla yad olunub.

Tədbirdə çıxış edənlər Ümummilli Lider Heydər Əliyevin ölkəmizdə ekoloji təhlükəsizliyin təmin olunması, təbii sərvətlərin qorunması və yaşıllıqların artırılması istiqamətində həyata keçirdiyi məqsədyönlü siyasətin bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıblar. Bildirilib ki, ətraf mühitin mühafizəsi, meşələrin qorunması, biomüxtəlifliyin saxlanılması və ekoloji tarazlığın təmin olunması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.

Qeyd olunub ki, təbiətin qorunması və gələcək nəsillərə sağlam ekoloji mühitin ötürülməsi istiqamətində çalışan ekologiya işçiləri öz məsuliyyətli və şərəfli fəaliyyətləri ilə cəmiyyətə mühüm töhfələr verirlər.

Sonda ekologiya və təbii sərvətlərin mühafizəsi sahəsində çalışan bütün əməkdaşlar peşə bayramı münasibətilə təbrik olunub, onlara gələcək fəaliyyətlərində uğurlar arzulanıb.

Hamlet Qasımov
XQ-nin Gəncəbasar müxbiri

Chosen
14
1
xalqqazeti.az

2Sources