EN

XXI əsrin üçüncüsü – Messi ilə Ronaldodan sonra

İngiltərə millisinin və “Bavariya”nın forvardı Harri Keyn XXI əsrdə yalnız Lionel Messi ilə Kriştiano Ronaldonun nail olduğu bir uğura imza atıb.

Msport.az xəbər verir ki, o, buna Avropanın ən nüfuzlu ilk beş ölkəsində (“böyük beşlik”) bir klub üçün bir mövsümdə 60-dan çox qol vuran üçüncü oyunçu olub.

“Bavariya”nın hücumçusu bu mövsüm 61 qol vurub. O, son olaraq Almaniya Kubokunun finalında “Ştutqart”la (3:0) görüşdə het-trik edib.

Lionel Messi bu göstəriciyə 2011/12 mövsümündə “Barselona”nın heyətində (73 qol), Kriştiano Ronaldo isə 2014/15 mövsümündə “Real”ın heyətində (61 qol) nail olmuşdu.

Chosen
2
2
msport.az

3Sources