EN

İranda qəzada həlak olan konsulumuz dəfn olunub - FOTO

İranda baş verən avtomobil qəzasında həlak olan Azərbaycanın Təbrizdəki konsulu Ramil İmranov dəfn edilib.

Qaziler.az Report.az-a istinadla xəbər verir ki, R.İmranovun nəşi Alxasava kənd qəbiristanlığında torpağa tapşırılıb.

Mərasimdə xarici işlər nazirinin müavini Samir Şərifov, rayon rəsmiləri, Xarici İşlər Nazirliyinin (XİN) əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, mayın 23-də R.İmranov Culfa-Təbriz avtomagistralının Mərənd qəsəbəsi yaxınlığında xidməti fəaliyyətini həyata keçirərkən idarə etdiyi avtomobillə düşdüyü qəza nəticəsində həlak olub.

Chosen
8
14
qaziler.az

10Sources