EN

Ağıllı olduğumu düşünürdüm, amma psixiatriya xəstəxanasına düşdüm

Demokrat.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Məşhur seriala qoşularaq karyerasında ciddi sıçrayış edən gənc ulduzun həyatı başqa bir çəkiliş meydançasında tanış olduğu insan səbəbilə kabusa çevrilib. Parlaq karyerasını geridə qoyaraq Hollivuddan erkən uzaqlaşan aktrisa yaşadıqlarını və bu vəziyyətə necə düşdüyünü müsahibəsində açıq şəkildə izah edib.Demokrat.az xəbər verir ki, hadisənin qəhrəmanı “Taxt Oyunları” (“Game of Thrones”) serialı ilə tanınan Hanna Murreydir. Hazırda 36 yaşında olan Murrey 22 yaşında ikən məşhur serialın heyətinə qoşulub. 2011–2019-cu illər arasında Gilli obrazını canlandırıb.Serialdan əvvəl və sonra “Chatroom”, “Charlie Says”, “Skins” kimi layihələrdə də rol alıb. Bütün təcrübəsinə baxmayaraq, bir sıra mənfi hadisələr nəticəsində o, aktyorluğu erkən tərk edib. Hətta psixoloji vəziyyəti pisləşib və bir müddət psixiatriya şöbəsində müalicə alıb.Hanna Myurrey bu dövrü “The Guardian” qəzetinə verdiyi müsahibədə də danışıb. O, həmçinin yaşadıqlarını “The Make Believe: A Memoir of Magic and Madness” adlı xatirə kitabında da qeyd edib.Murrey 2017-ci ildə sağlam həyat tərzi ilə bağlı bir “qrup”a qoşulduqdan sonra psixoloji vəziyyətinin pisləşdiyini bildirib."İnsan "bu mənim başıma gəlməz" düşünməyə meyllidir. Amma belə düşünərək özümüzə haqsızlıq edirik. Mən bunun mənə olmayacağını, güvəndə olduğumu düşünürdüm. Yaxşı təhsilli idim, orta sinif ailədən idim. Hər şey qaydasında idi... Amma elə olmadı", deyə o bildirib.Murrey əvvəlcə özünü düzgün qərarlar verə bilən biri hesab etdiyini deyib: "Ağıllı olduğuma inanırdım. Amma çox səhv seçimlər etdim".Onun sözlərinə görə, “qaranlıq proses” “Detroit” filminin çəkiliş meydançasında tanış olduğu və özünü “enerji şəfaçısı” kimi təqdim edən bir şəxslə başlayıb. Daha sonra həmin şəxsin vasitəsilə “sağlam həyat” yönümlü bir qrupa qoşulub.O, ilk görüşdə qəribə hiss etdiyini də gizlətməyib: “Heç bir fiziki təmas olmasa da, atmosfer erotikləşdirilmiş idi".Murrey həmin qrupun strukturunu da təsvir edib və bunun manipulyativ ola biləcəyini düşündüyünü bildirib. O, bu təcrübə nəticəsində minlərlə dollar itirdiyini və psixoloji vəziyyətinin pisləşdiyini də etiraf edib.Psixoz epizodu keçirərək psixiatriya klinikasına yerləşdirilən aktrisaya daha sonra bipolyar pozuntu diaqnozu qoyulub. Bu hadisələrdən sonra o, “sağlam həyat” və “özünüinkişaf” yönümlü bir çox praktikadan uzaqlaşdığını deyib.“Bəzi şeylər zahirən zərərsiz görünsə də, əslində insanı narahat edə bilər. Artıq meditasiya və yoqa etmirəm”, deyə o bildirib.Jalə

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
30
demokrat.az

1Sources