EN

Nazir: İstixanaların sahəsinin 500 hektar artırılması hədəflənib

BAKI, 25 may. TELEQRAF

Növbəti beş ildə intensiv bağların sahəsinin 20 min hektar, istixanaların sahəsinin isə 500 hektar artırılmasını hədəf olaraq qarşımıza qoymuşuq.

Teleqraf xəbər verir ki, bunu bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə bildirib:

"İstixanaların artıq istixana aqroparkı modelində inkişaf etdirilməsi nəzərdə tutulur və bitkiçilik sahəsində, əlbəttə ki, logistika emal istiqaməti də önəmli əhəmiyyət daşıyır. Taxıl silolarının növbəti beş ildə həcminin 150 min kubmetr artırılması və çıxışınızda qeyd etdiyiniz kimi, soyuducu anbar həcminin isə 500 min tona çatdırılması hədəf olaraq qoyulub.

Eyni zamanda, kiçik şərabçılığa və ailə təsərrüfatlarının şərabçılığın inkişafı istiqamətində verdiyiniz tapşırıqlara uyğun olaraq, bu proqram çərçivəsində də Azərbaycanda kiçik ailə təsərrüfat şərabçılığının inkişaf etdirilməsi nəzərdə tutulmuşdur və 2030-cu ildə belə təsərrüfatların sayının 20-ə çatdırılması hədəflənir".

Chosen
6
1
teleqraf.com

2Sources