EN

Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Ses qazeti saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.Məktubda deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Sizi və qardaş Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Müxtəlif istiqamətlər üzrə uğurla inkişaf edən Türkmənistan-Azərbaycan qarşılıqlı faydalı əməkdaşlığının yüksək səviyyəsini böyük məmnunluqla qeyd edirəm. Qəti əminəm ki, münasibətlərimiz iki qardaş xalqın rifahı naminə bundan sonra da inkişaf edəcək və möhkəmlənəcək.

Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, səadət, ali dövləti vəzifənizdə uğurlar, qardaş Azərbaycan xalqına isə sülh, tərəqqi və davamlı rifah arzulayıram”.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
1
25
sesqazeti.az

10Sources